Yerevanda bir neçə nazirliyin binasına giriş bağlanıb

Yerevanda bir neçə nazirliyin binasına giriş bağlanıb

Ermənistan paytaxtı Yerevanda sakinlər avtomobilləri ilə Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin binalarına girişləri bağlayıblar.

Bu barədə "Report” "İnterfaks”a istinadən xəbər verir.

Qeyd edilir ki, Ədliyyə Nazirliyinə girişləri bloklayanlar arasında Ermənistanda tanınmış hüquqşünas olan Nikolay Baqdasaryan da var.

"Aksiyamız dinc xarakter daşıyır”, – o deyib.

Qeyd edək ki, etiraz hərəkatının lideri, "Yolk” müxalifət parlament fraksiyasının lideri Nikol Pashinyan tərəfdarlarını səhərdən tətil elan etməyə və bütün yolları bağlamağa çağırıb.

Etirazçılar artıq Yerevandan beynəlxalq hava limanına gedən magistral yolu, eləcə də bir sıra mərkəzi küçələri bağlayıblar. Hazırda paytaxtda avtomobil nəqliyyatı praktiki olaraq dayandırılıb, metropolitenin işi pozulub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az