Yevlaxda qəza - 5 nəfər yaralandı

Yevlaxda qəza - 5 nəfər yaralandı

Yevlaxda  maşın idarəetmədən çıxıb, 5 nəfər yaralanıb.

Miq.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında Yevlax  şəhərinin girişində baş verib.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneələrə çırpılıb. Qəza nəticəsində maşında olan 1990-cı il təvəllüdlü sürücü Asiman İspəndiyarzadə, Ağdam rayon sakini olan sərnişinlər 1973-cü il təvəllüdlü Rəna İsmayılova, 2004-cü il təvəllüdlü Sevinc Şabanova, həmçinin bacı qardaş olan 2022-ci il təvəllüdlü Turqay Yaşar oğlu Aslanlı və 2017-ci il təvəllüdlü Elay Yaşar qızı Aslanlı yaralanaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az