Yol qəzasında “ölən” aparıcı: Sizə yalvarıram... - Video

Yol qəzasında “ölən” aparıcı: Sizə yalvarıram... - Video

ARB telekanalının aparıcısı Afət Rahilqızı ölüm xəbərinin yayılmasına çox sərt reaksiya verib.

Miq.Az xəbər verir ki, o, İnstaqram hesabında avideo yayımlayaraq, ölüm xəbərini yayanlara müraciət edib:

"Çox əsəbiyəm, stress yaşayıram, əlim-ayağım əsir. Gecənin bir saatında dostlarımdan ayırılıb evə gəlib yatmışam. Ömrümdə bir dəfə telefonu söndürmüşəm. Bu yatmaqla ölüm yuxusuna getməmişəm ki! Ölüm xəbərimi yayan kimdirsə, kim sifariş edibsə, onu bu müqəddəs günə tapşırıram. O qədər əsəbiyəm ki, bu dəqiqə özümdə deyiləm. Qohumlarım, bütün dostlarım, iş yoldaşlarım hamısı havalanıb. Hər kəs mənə zəng edir. Bu həyatda mənim heç kimə pisliyim dəyməyib. Sizə yalvarıram ki, belə məlumatları paylaşmazdan əvvəl səhifəmə daxil olub qohumlarımı tapın. Sözün əsl mənasında ölüb-dirildim. Bütün tanışlarımdan bu yalan xəbəri yayan insana görə üzr istəyirəm. O "insana” demək istəyirəm ki, sənə ayıb olsun! Axı, məndən nə istəyirsiniz?!”

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və saytlarda ARB telekanalının tanınmış aparıcısı Afət Rahilqızının ölüm xəbəri yayılıb. Bəzi səhifələr aparıcının yol qəzasında həlak olduğunu yazıb.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az