Zabuxdakı bu ev hansı azərbaycanlı məmurundur?

Zabuxdakı bu ev hansı azərbaycanlı məmurundur?
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ordusu Laçın şəhərinə, Zabux və Sus kəndinə daxil olub.

Miq.Az xəbər verir ki, Zabux kəndində vaxtilə azərbaycanlıların tərk etdiyi bəzi evlər erməni vandallar tərəfindən dağıdılmayıb və indiyə qədər qalır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov da bununla bağlı Feysbuk hesabında paylaşım edib. Öz evlərinin fotosunu paylaşan Komitəsi sədrinin müavini bunları qeyd edib:

"Bu da bizim 10 il yaşayıb, 30 il yaşaya bilmədiyimiz evimiz!

Şəhidlərimizin ruhu şad olsun!"


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az