“Zamanla hər şey aydın olacaq”- Kreml Pelosinin İrəvana səfərini şərh etdi

“Zamanla hər şey aydın olacaq”- Kreml Pelosinin İrəvana səfərini şərh etdi
"Rusiya Bakı və İrəvan arasında münaqişənin həlli cəhdlərini təqdir edir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən bildirib.

"Yalnız sözdə olmayan, populizmdən uzaq, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Biz bunu alqışlayırıq”, – Kreml sözçüsü bildirib.

Peskov həmçinin əlavə edib ki, zaman keçdikcə Pelosinin səfərinin münaqişənin normallaşmasına həqiqətən kömək edib-etmədiyi aydınlaşacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az