Zara Mqoyan kəşfiyyatçıdır, onlar Emin Ağalarovu da aldada bilər" - Xalq şairindən erməni müğənniyə ETİRAZ
"Ermənilər tarixən Azərbaycan xalqının başına müsibətlər açıb. Bunu erməni yazıçısı və erməni terrorunun ideoloqlarından biri Zori Balayan da dəfələrlə açıq etiraf edir. Bütün bunlar olandan sonra mən ermənilərin səhvlərini anlayıb səmimi olduğuna inana bilmirəm. Düşmənçilik etmək ermənilərin genində var".
Bu fikirləri Demokrat.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, xalq şairi Nəriman Həsənzadə bildirib.
Son vaxtlar Azərbaycana tez-tez ermənilərin səfər etməsinə toxunan N.Həsənzadə deyib ki, erməni əsilli müğənni Zara Mqoyanın Bakıya səfəri də Azərbaycan xalqı tərəfindən müsbət qarşılanmayıb:
"O erməni qızı bura kəşfiyyatçı kimi də gələ bilər. Çünki biz ermənilərdən bunu zaman-zaman görmüşük. O gün bir faktı oxuyuram. Deməli, 80-90-cı illərdə erməni həkimləri Azərbaycanda xəstəxanalara və uşaq baxçalarına işə düzəliblər, orada azərbaycanlı körpələri öldürüblər. Sonra da Ermənistana gedib deyiblər ki, biz Azərbaycandan qisasımızı almışıq, xeyli sayda azərbaycanlı körpə oğlanları öldürmüşük və sairə. Mən bu faktları oxuyub dəhşətə gəlirəm. Ümumiyyətlə, erməni adı gələndə adam dəhşətə gəlir. Nədənsə bütün dünya da erməni cinayətlərinə göz yumur. Həmin cinayətkar Zori Balayan indi Rusiyada yaşayır. Bəs nə üçün Rusiya onu mühakimə etmir? Ona görə də ermənilərlə məsafə saxlamaq lazımdır. Bilmək olmur ki, bura hansı məqsədlər üçün gəlirlər. Ola bilsin ki, agnet kimi gəlirlər. Vaxtilə burada erməni yazıçılarla görüşlərimiz olub. Ermənilər planlarını həyata keçirilən son ana qədər adamla elə davranırlar ki, düşünürsən bundan yaxşı insan ola bilməz. Yaxın tariximizə nəzər salaq, görün neçə dəfə ermənilər bizə arxadan zərbələr vurub. İndi belə bir millətə necə inanmaq olar? Necə ermənilərin səmimi olduğunu dəqiq bilə bilərik?".
Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı da danışan xalq şairi həmin tədbirdə çıxış edən Zara Mqoyanın səmimiliyinə şübhə etdiyini söyləyib:
"Zara Mqoyanın kəşfiyyatçı olduğuna inanıram. Onlar hər kəsi, o cümlədən Emin Ağalarovu da aldada bilərlər. Çünki dünyada erməni kimi hiyləgər millət yoxdur. Bunu əsrlər əvvəl rus şairi Aleksandr Puşkin öz şeirlərində bildirib. İndiyədək də ermənilər dəyişməyib, hələ də işğalçılıq ideayaları ilə yaşayırlar. Ona görə də mən ermənilərin səmimiliyinə tam inamımı itirmişəm. Bu gün Zori Balayan Moskvada rahat gəzib işləyir. Həmin Zori Balayan ki, bir neçə il öncə özü dili ilə azərbaycanlılara qarşı terror törətdiklərini etiraf etmişdi. Bəs bütün bunları Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov bilmir? Axı nə üçün terrorçunu qoruyurlar?".
Miq.Az