Zaxarovadan Dağlıq Qarabağın hava məkanı BARƏDƏ - AÇIQLAMA

Zaxarovadan Dağlıq Qarabağın hava məkanı BARƏDƏ - AÇIQLAMA

Zaxarova Dağlıq Qarabağın hava məkanının beynəlxalq uçuşlar üçün açılması məsələsinə münasibət bildirib

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində birgə humanitar layihələrin həyata keçirilməsi ilə bağlı təklifləri münaqişə tərəfləri qiymətləndirməlidir”.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Ermənistan KİV nümayəndəsinin Vyana görüşündən sonra Qarabağdakı qondarma rejim tərəfindən birgə humanitar layihələr çərçivəsində Dağlıq Qarabağın hava məkanının beynəlxalq uçuşlar üçün açılması və Sərsəng su anbarının birgə istifadəsinin mümkünlüyü təkliflərinə Rusiya XİN-in münasibəti ilə bağlı sualına M.Zaxarova belə cavab verib: "Hesab edirəm ki, bu və ya digər təklif və təşəbbüsləri ilk növbədə sözsüz ki, münaqişə tərəfləri qiymətləndirməlidir. Sonra isə bu və digər ölkənin və ya həmsədr ölkələrin iştirakına ehtiyac olarsa, bu məsələyə baxıla bilər. Hesab edirəm ki, bu və digər məsələlərə Moskvada keçiriləcək görüşdə baxılması üçün yaxşı imkan olacaq".

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az