Zelenskidən TƏLƏB: "Putin orada olsa, mən getməyəcəm"

Zelenskidən TƏLƏB:

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin iştirak etsə, G20 sammitinə qatılmayacaq.

Bu barədə UNIAN məlumat yayıb.

"Mənim və Ukraynanın şəxsi mövqeyi ondan ibarətdir ki, Rusiya lideri iştirak etsə, Ukrayna iştirak etməyəcək", - agentlik Zelenskidən sitat gətirib.

Ukrayna lideri əlavə edib ki, Ukrayna noyabrın 15-16-na təyin edilmiş qarşıdan gələn sammitə hazırlaşır.

Cümə axşamı Zelenski indoneziyalı həmkarı Coko Vidodo ilə telefonla G20 sammitini müzakirə edib.

Qeyd edək ki, G20 ən böyük iqtisadi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri birləşdirən qeyri-rəsmi təşkilatdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az