Zərdab Raoyn Mədəniyyət və Turizm İdarəsinin rəisi ilə bağlı araşdırmalarımız davam edir. Həmin araşdırmaları təqdim edirik.
Belə ki, bir neçə aylıq məhkəmə araşdırmasından sonra Zərdab rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Eldəniz Əlipaşa oğlu Abdullayevin 500 000 manata qədər dövlət vəsaitini mənimsədiyi təsdiq olunmuş və o 1000 manat cərimə edilməklə öz vəzifəsində saxlanılmışdır. Zərdab rayon məhkəməsinin çıxardığı qərar bəlkə də məhkəmələr tarixində analoqu olmayan qərardır. Bu sdanki oğurluq edən şəxsə “oğurluq etdiyin üçün yox, məhz ələ keçdiyin üçün sənə ayıb olsun” kimi bir şeydir.
Bu günlərdə növbəti mətbuat günü ilə əlaqədar müstəqil Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin ev muzeyinin təmiri üçün prezidentin ehtiyat fondundan Zərdab rayon Mədəniyyət və Turizm idarəsinə 300 000 manat vəsait ayrılıb. Bu yerdə canavarın qoyun növbəsinin ona düşdüyünü eşidib ağlaması lətifəsi yada düşür. Ehtiyat fondundan ayrılan vəsaitin 300 000 manat olduğunu eşidən sadə zərdablılar öncə qərarda göstərilən məbləğə heyrətlənmiş, sonra isə bu hadisəni zərb məsələ çevirmişlər. Çünki mərhum Həsən bəy Zərdabinin ev muzeyi olduqca kiçik, az qala daxma hesab olunan yalnız bir otaqdır. Məbləğ isə həmin muzeyin təmiri üçün olduqca fantastik rəqəmdir. Bu məbləğ yalnız bir nəfər üçün kiçik hesab oluna bilər.
O da təcrübəsində 500 000 manata qədər dövlət vəsaitini həzm edib, sudan quru çıxmağı bacaran E.Abdullayev üçün.
Yazıda adı hallanan hər bir şəxsin münasibətini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.