Zöhrab Əmirxanlı vəfat etdi
Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlı bu gecə dünyasını dəyişib.
1958-ci ildə Şamaxıda anadan olan Zöhrəb Əmirxanlı BDU jurnalistika fakültəsini bitirdikdən sonra dövrünün məşhur "Bakı"-"Baku" qəzetində çalışıb. Daha sonra "Hurriyyət" qəzetinin baş redaktoru, "Azadlıq" qəzetinin mədəniyyət redaksiyasının redaktoru, "Şans" qəzetinin, "Gündəlik Teleqraf" qəzetinin baş redaktor müavini kimi çalışıb.
O, uzun illər idi şəkər xəstəliyindən əziyyət çəkirdi. Şəkər xəstəliyindən əziyyət çəkən Z.Əmirxanlı son illərdə mətbuatla kənar müəllif kimi əməkdaşlıq edirdi.
Z.Əmirxanlı tanınmış jurnalist Mehriban Əbülfətqızı ilə ailəli idi. M.Əbülfətqızı 2011-ci ildə Türkiyədə əməliyyat zamanı dünyasını dəyişmişdi.
Yaxınlarının Axar.az-a verdiyi məlumata görə, bu gün Zöhrab Əmirxanlının nəşi dəfn üçün doğulduğu Şamaxı şəhərinə aparılacaq.
İki qız, bir oğul övladı var.
Allah rəhmət eləsin!
Miq.Az