Zirəddin Feysbukda fala baxmağa başladı – Elan

Zirəddin Feysbukda fala baxmağa başladı – Elan
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev bundan sonra sosial şəbəkə vasitəsi ilə də xidmət göstərəcək.
 
Axar.az xəbər verir ki, özünün Feysbuk səhifəsində bu barədə məlumat verən ekstrasens hər problemi həll edə biləcəyini deyib:
 
"Salam. İnternetlə qəbula başladım. Hər probleminizi həll edə bilərəm. Sevdiyiniz insanı geri qaytara bilərəm, münasibətləri yaxşılaşdıra bilərəm. Cadudan təmizləyirəm, dua yazıram, ev satmağa köməklik göstərirəm, xəstəlikdən sağaldıram.
 
Mesaj yazın.
 
Hörmətlə Zirəddin Rzayev”.
 
Qeyd edək ki, Z.Rzayev Rusiyada yaşayır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az