Ziya Məmmədovun təyyarəsinin əlindən alınmasına - Qardaşından reaksiya

Ziya Məmmədovun təyyarəsinin əlindən alınmasına - Qardaşından reaksiya

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təyyarəsinin müsadirə edilməsi xəbərinə qardaşı münasibət bildirib.

Miq.Az xəbər verir ki, Unikal.org saytı sabiq nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb.

O, qardaşı haqqında yazılan iddia ilə bağlı bu fikirləri səsləndirib:

"Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttə, yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm əlavə nəsə soruşmayın. Görürsüz ki, mən də sizə qarışılıqlı sual verdim. Bu məsələyə münasibət bildirmirəm, ya da bildirmək istəmirəm. Bu qədər”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az