"Zod qızıl mədənində işlər tamamilə DAYANDIRILDI" - "Hraparak"


"Zod qızıl mədənində işlər tamamilə dayandırılıb”.

Bu barədə erməni nəşri "Hraparak” yazıb.

Qeyd olunub ki, bir neçə gün əvvəl Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan mədənin işçiləri ilə görüşüb, onlardan konkret addımlar atmaq üçün aprelin 25-nə qədər gözləməyi xahiş edib.

"Bu gün qubernator yenidən mədəninin işçiləri ilə bir araya gəlib və bildirib ki, yatağın fəaliyyəti dayandırılır, mədən bundan sonra işləməyəcək.

Mədəndəki fəhlələrdən birinin dediyinə görə, qubernator onlara bu ayın maaşının 1/3-ni alacaqlarını, 40 işçinin Rusiyanın hansısa zavodunda işlə təmin olunacağını, qalanlarının isə öz işləri ilə məşğul olacağını deyib.

Zod qızıl mədənində əsasən Vardenis icmasından olan 800-dən çox insan işləyirdi”, – deyə Hraparak yazır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az