“Özümüzünkülər qırılıb ki, xarici şirkətlər burda çalışır?” - Deputatdan nazirə irad

“Özümüzünkülər qırılıb ki, xarici şirkətlər burda çalışır?” - Deputatdan nazirə irad
Milli Məclisdə çıxış edən deputat Aqil Abbas bildirib ki, qanun layihəsinin əleyhinə səs vermək niyyətindəymiş: 

"Amma burada komitə sədri Tahir Mirkişili qanun layihəsini elə gözəl, yüksək səviyyədə təqdim etdi ki, layihənin çox mütərəqqi əhəmiyyətə malik olduğunu gördüm”.

Musavat.com-un xəbərinə görə, deputat qeyd edib ki, qanun layihəsinin əleyhinə səs vermək niyyəti onda rəqəmsal inkişaf və nəqliyyat nazirinin mediadakı çıxışından sonra yaranıb: "Nazir deyir ki, taksi əlçatan olmamalıdır. Bəs nə əlçatan olmalıdır: təyyarə, vertolyot? Təyyarə də bahadır”.

Aqil Abbas taksilərin xarici şirkətlərə bağlı olmasının da arzuolunmaz olduğunu bildirib və bir misal çəkib: "Bir dəfə rəhmətlik Qədir Rüstəmovdan "uşaqlara arvad qohumlarının adını qoymusan” - deyə soruşublar. Sənətkar isə "özümünkülər qırılıb ki, arvad qohumlarının adını qoyum?” - cavabını verib. "İndi özümüzünkülər qırılıb ki, xarici şirkətlər burda çalışır? Tahir müəllim, siz də sağ olun ki, məni fikrimdən döndərdiniz”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az