Asanlıqla arıqlamaq, özünüzü daha sağlam və gümrah hiss etmək, sellülitlərdən xilas olmaq istəyirsinizsə, bu üsulla mütləq tanış olmalısınız.
Son günlər hər kəs daha sağlam və gözəl olmaq üçün meyvəli su içməyə
başlayıb. Meyvəli suyun detoks kimi effekt verdiyi və 1 ayda 5 kilo
arıqlatdığı deyilir.
Meyvəli detoks suyunun hansı faydaları var?
* Şəkər və tərkibində çoxlu kimyəvi maddələr olan qazlı içkilərdən imtina etməyə səbəb olur.
* Tərkibində vitaminlər var
* Gündə ən azı 8 stəkan su içməlisiniz. Ancaq adi su içməyi çoxları
xoşlamır. Meyvəli su içərək dadlı və ətirli olduğu üçün fərqində olmadan
orqanizmi gündəlik su ehtiyacı ilə təmin edirsiniz.
* Dərinin nəm balansını qoruyur.
* Minerallarla zəngindir.
*Arıqlamağa kömək edir.
* Detoks effekti verir.
* Dəri, saç hüceyrələrini gücləndirir. Dırnaqların və dişlərin daha sağlam olmasını təmin edir.
Meyvəli su necə hazırlanır?
Ağız dadınıza uyğun mövsüm meyvələrinin hər birindən bir ədəd
dilimləyin. Otaq temperaturunda olan bir litr suyun içərisinə tökün.
Məsələn, bir ədəd kivini dilimləyib suya tökə bilərsiniz. Üzərinə isə
bir dilim limon və bir az nanə əlavə etmək olar. Daha sonra suyu buzluğa
qoyub 1 saat gözləyin. Hər gün üçün fərqli meyvələrdən meyvəli su
hazırlaya bilərsiniz.
Meyvəli su içənlər çiyələk, kivi, moruq, böyürtkən, albalı, ananas,
şaftalı və portağal kimi meyvələrə üstünlük verirlər. Kök və xiyar kimi
tərəvəzlər də əlavə edə bilərsiniz. Hansı meyvələrdən istifadə
etməyinizdən asılı olmayaraq suya mütləq limon qatın.
Publika.az