10 yaşlı uşaq özünü partlatdı - Terror

10 yaşlı uşaq özünü partlatdı - Terror
 Nigeriyanın şimal-şərqində yerləşən Yobe əyalətində terror hadisəsi baş verib. 
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, polisin verdiyi məlumata görə, "Boko Haram” üzvü olduğu ehtimal edilən 10 yaşlı qız uşağının üzərindəki partlayıcıları marketin girişində partlatması nəticəsində 14 nəfər həlak olub, 47 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, hadisə yerini araşdıran polislər yaxınlıqda 5 ədəd partlamamış partlayıcı tapıblar.
Xatırladaq ki, adı yerli Hausa dilində "Qərbli tərzdə təhsil qadağandır” mənasını verən "Boko Haram” terror qruplaşması 2002-ci ildə Nigeriyanın şimalında qurulub. Təşkilat lideri Məhəmməd Yusif 2009-cu ildə nəzarətə həbsxanada öləndən sonra təşkilat üzvlərinin başlatdığı kütləvi terror aksiyaları nəticəsində minlərlə insan həlak olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az