1043 nəfər Azərbaycandan çıxa bilməz

1043 nəfər Azərbaycandan çıxa bilməz

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışlarına qadağa qoyulan fiziki və hüquqi şəxslərin siyahısını açıqlayıb.

Xəbəri nazirlik yayıb.

Xəbərə görə, vergi borcuna görə ölkədən çıxışlarına məhdudiyyət qoyulan fiziki şəxslərin sayı 391 nəfərdir.

Ölkədən çıxışlarına məhduduiyyət qoyulan hüquqi şəxslərin sayı isə 652 nəfər təşkil edir. Amma nazirlik bu hüquqi və fiziki şəxslərin vergi borclarının həcmini açqılamır.

20 min manatdan çox vergi borcunu ödəməkdən yayındığına görə 67 hüquqi və 13 fiziki şəxs barədə cinayət işləri məhkəməyə göndərilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az