13 Türkiyə vətəndaşı şəhid oldu - İraqda antiterror əməliyyatı

13 Türkiyə vətəndaşı şəhid oldu - İraqda antiterror əməliyyatı

Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində apardığı "Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb.

Miq.Az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər sağ ələ keçirilib.

Məlumata görə, PKK-nın hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbi qulluqçu yaralanıb.

Bundan əlavə, terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah daxil olmaqla 50-dən çox hədəf məhv edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az