16 yaşlı oğlan qəza törədib qaçdı - Ölən var

16 yaşlı oğlan qəza törədib qaçdı - Ölən var

Sabirabadda sürücülük hüququ olmayan 16 yaşlı oğlan ağır qəza törədib.

"Qafqazinfo” xəbər verir ki, dünən saat 03 radələrində 2007-ci il təvəllüdlü K.N. "Ford Transit” markalı yük avtomobili ilə piyadanı vurub.

Sürücülük hüququ olmayan yeniyetmənin maşınla vurduğu 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Qurbanəli İsmayıl oğlu Məhərrəmov hadisə yerində ölüb.
Qəzadan sonra K.N. yük maşını ilə birgə hadisə yerindən qaçıb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az