190 manat ala bilməyənlər üçün YENİ XƏBƏR

190 manat ala bilməyənlər üçün YENİ XƏBƏR

190 manat birdəfəlik ödəmə ilə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Axar.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov "ATV Qərargah" proqramında bildirib.

"Bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər: "Məsələn, şikayətlər eşidirik ki, bir vətəndaşın adına avtomobil yoxdur və heç vaxt olmayıb. Lakin ona 190 manat sosial müavinət təyin edilməyib. Ola bilsin ki, bu, texniki problem ucbatından baş verib. Bu halda həmin vətəndaş nazirliyə yenidən müraciət etməlidir. Baxmayaraq ki, artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər", - millət vəkili qeyd edib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az