2 mərtəbəli binada yanğın - Yanğınsöndürənlər XƏSARƏT ALDI

2 mərtəbəli binada yanğın - Yanğınsöndürənlər XƏSARƏT ALDI
Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

Miq.az Report-a istinadən xəbər verir ki, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.
Sakinlər təxliyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.
Yanğının baş vermə səbəbləri araşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az