2 oğlu şəhid olan anadan oğurluq edildi - Şəhidlər Xiyabanında

2 oğlu şəhid olan anadan oğurluq edildi - Şəhidlər Xiyabanında
Mingəçevirdən olan şəhid qardaşlar Əli və İslam Əhmədovların anası Sevinc Əhmədovanın Şəhidlər Xiyabanında çantasından şəxsi əşyaları oğurlanıb.

Miq.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, o, iki gün öncə oğullarının məzarını ziyarət üçün Şəhidlər Xiyabanına gedib. Məzarlarını təmizləmək istəyən ana dəsmal yumaq üçün çantasını orada qoyaraq uzaqlaşıb. Qayıdanda çantasından telefon və pulqabının oğurlandığını görüb. Bu telefonda isə övladları ilə olan videogörüntüləri və səsyazıları olub.

Qeyd edək ki, İslam və Əli Əhmədovlar Vətən müharibəsində şəhid olub.

***

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub:

"Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az