20 min rusu öldürmüş erməni legionu

20 min rusu öldürmüş erməni legionu

Rus deputat dəhşətli faktları açdı

İkinci Dünya müharibəsində Almaniya tərəfindən vuruşan erməni legionu 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanını töküb.

Bu barədə Rusiya Federasiya Şurasının sosial siyasət  komitəsinin sədr müavini, professor Lüdmilə Kozlova "Nezavismaya qazeta”da yazdığı məqaləsində qeyd edib.

Possovet məkanında faşizmə xidmət göstərmiş adamların qəhrəmanlaşdırılması meyllərindən bəhs edilən məqalədə xüsusi diqqət Ermənistanda Qaregin Njdeyə abidə qoyulmasını, onun müəllifi olduğu erməni faşizmi ideyalarının hakim Respubilka Partiyasının əsas ideoloji xəttinə çevrilməsindən bəhs edib.

Lüdmila Kozlovanın sözlərinə görə, Qaregin Njdeyə heykəl qoyulması BMT Baş Assambleyasının nasizmin və neonasizmin qəhrəmanlaşdırılması ilə bağlı müvafiq qətnəməsinə ziddir. Heykələ abidə qoyulmasına etiraz edən Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın məhz bu qətnaməyə əsaslanmasını tövsiyyə etmişdi.

 Njde Qaregin abidəsi

Komitə sədri məqalədə Qaregin Njdeyə heykəl qoyanların indi də Bolqarıstanda buna çaldışdıqlarını bildirib: "Qeyd etmək istəyirəm ki, İrəvanda Ncdeyə abidə qoymağa təşəbbüsün müəllifi indi də Bolqarıstanın Pliske şəhərində buna çalışır. Elə bir adama heykəl qoydurmağa çalışır ki, İkinci Dünya müharibəsi başlayan kimi Hitler Almaniyası ilə əməkdaşlığa başlayıb. Hərbi əsir olan ermənilərin qarşısında dəfələrlə təbliğat nitqi ilə çıxış edib, onları SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb və bildirib: "Almaniya uğrunda ölən hər bir kəs Ermənistan uğrunda ölmüş olacaq”. Onun komanadanlığı altında erməni SS legionu cəza tədbirlərində iştirak edərək 20 min dinc sakini məhv edib. Onun əlləri bizim qətlə yetirilmiş babalarımızın və ulu babalarımızın qanına bulaşıb!”, - deyə Lüdmilə Kozlova vurğulayıb.

Təbii ki, burada  Qaregin Njdenin abidəsinə təşəbbüs göstərmiş şəxs kimi Ermənistanın indiki prezidenti Serj Sarkisyan nəzərdə tutulur. Rusiya KİV-lərinin yazdığına görə, Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasının bir sıra rəhbər kadrları faşistlər kimi özlərini ari sayırlar. Təsadüfi deyil ki, Ermənistanın hərbi geyiminin və tanklarının üzərində mürəkkəb formada - alman faşistlərinin rəmzi var./İstiPress/     

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az