200 milyondan çox insan vaxtından əvvəl öləcək - ŞOK PROQNOZ

200 milyondan çox insan vaxtından əvvəl öləcək - ŞOK PROQNOZ
Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbi ilə vaxtından əvvəl öləcək.

Bu proqnozu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) verib.

İƏİT-nin dəyərləndirməsinə görə, 2060-cı ilədək havanın çirklənməsi səbəbi ilə vaxtından tez ölənlərin sayı ildə 6-9 milyon olacaq. Halbuki bu rəqəm 2010-cu ildə 3 milyon olub.

Hesablamalara görə, 2060-cı ilin sonunda dünya iqtisadiyyatı havanın çirkliliyinin işçilərin sağlamlığına və əmək məhsuldarlığına təsiri səbəbindən ildə 3,75 milyard "adam-gün" (bir insanın bir iş günü ərzində gördüyü işin hesablanma vahidi - "Report") itirəcək.

Eyni zamanda, havanın çirklənməsi ilə əlaqədar xəstəliklərin yayılması artacaq. Uşaqlar astmadan daha çox əziyyət çəkəcək. Yüksək ölüm və xəstəlik göstəricilərinin həmçinin Şərqi Avropa, Qafqaz regionu, Asiya ölkələrində, o cümlədən Cənubi Koreyada olacağı proqnozlaşdırılır. (report)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az