“Düşmənlərimiz bizdən yeni bir Çaldıran gözləyir”

“Düşmənlərimiz bizdən yeni bir Çaldıran gözləyir”

Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi, tanınmış pedaqoq-tarixçi Dilavər Əzimli sosial şəbəkələrdə müzakirəyə çıxarılan Osmanlı-Səfəvi qarşıdurması ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu günlərdə yenidən sosial şəbəkələrdə Osmanlı-Səfəvi qarşıdurmasını ortaya atırlar. Bunun iki səbəbi vardır. Birincisi, tarixi dərindən bilmirlər və tarixçi deyillər. Bir-iki kitaba baxıb fərziyyə irəli sürürlər. Daha doğrusu, oxuduqları şəxsin fikirlərini ifadə edirlər. İkincisi isə, məlum bir məqsədə xidmət edirlər. Bu məqsədin mənbəyi isə Türkə, Türk tarixinə qarşı birləşən qüvvələrin maraqlarına xidmət etməkdir.
Azırbayacn 24 ildir ki, müstəqildir. Artıq müstəqil Azərbaycanın tarixşünaslığı yaradılır. Bu tarixşünaslıq türkmərkəzçilik xətti ilə irəliləyir. Bunu da avromərkəzçilik, farsmərkəzçilik xəttini həyata keçirənlər qəbul etmək istəmirlər. Düzdü, farsmərkəzçiliyi elə avromərkəzçilidir. Bütün tarixin tədqiqi göstərir ki, avromərkəzçilikdə başlıca məqsəd Türk tarixini darmadağın etmək olub. O zaman Malkolma verilən tapşırıq da bundan ibarət idi ki, Hindistandan indiki İran və Azərbaycan, Sibir arasındakı Türk əlaqələrini qırmaq üçün ciddi fəaliyyətə başlasın. Başladı və bir tarix yazdı. İngilis servisinin dəstəyi ilə yazılan bu tarix yalançı bir İran xalqları iddiasını ortaya qoydu. Bu gün də sizlər bundan yararlanırsınız. Bu tarix üçün əsas obyekt farslar idi. Onları mədəni verir və buradakı xalqlardan üstün tuturdular. Sonralar Rokfellər də memuarlarında bunu etiraf etdi. Yazdı ki, onların içərisindən elə adamlar yetişdirəcəyik ki, öz tarixləri haqqında obyektiv araşdırmalar aparan alimlərinin üstünə düşəcək və cəmiyyəti parçalayacaqlar. Bu gün Güntay Gəncalp (Mənüçöhr Cavanşir) kimlər buna canlı misaldır.
Bu gün Türk tarixi üzərində istər Türkiyədə, istərsə də Azərbaycanda ciddi çalışmalar gedir. Kür-Araz mədəniyyətinin Şumer mədəniyyəti ilə yaşıd olduğu və ondan da qabağa getdiyi ortaya qoyulur. Bunu istəməyən qüvvələr Osmanlı-Səfəvi münbasibətlərini ortaya gətirirlər. Məni oxuyan və hörmət edən dostlar: ehtiyatlı olun! Düşmən dəyirmanına su tökməyin. Bəzən sevgidən gələn münasibətiniz vəziyyətin korlanmasına xidmət edir. Birdəfəlik bilin ki, Osmanlı da, Səfəvi də bizim özümüzük. Bu dövlətlərin hər biri fatehlik yolu ilə Səlcuqilərin yaratdığı imperiyanı ortaya qoymaq istəyirdilər. Bu məqsəd isə Çinə qədər Türk qövmlərini bir arada birləşdirmək idi. Sultan Səlim də, Şah İsmayıl da, Sultan Süleyman da, Şah Təhmasib də, Sultan Məhəmməd Fateh də, Şah Abbas da bizimdir. O biri tərəfdə Məmluklər də bizimdir. Babur imperiyası da bizimdir. Qərb siyasəti nəticəsində bunlar sıradan çıxarıldı. Türkün bir qeyrət imperiyası-Osmanlı qaldı. Onu da silmək istədilər. Türkün qeyrətli oğlu Atatrürk meydana çıxıdı. Şərqi Anadoluya gələrək Türk qövmlərini bir araya gətirib cihad etdi və bu günkü Türkiyəni siyasi səhnəyə gətirdi. İndi düşmən yenə də bizdən əl çəkmir. Türkiyə-Azərbaycn qardaşlığını qısqanır. Yenə də istəyir ki, növbəti Çaldıran olsun. Belə getsə kim zəmanət verər ki, olmayacaqdır.
Ayılın! Başa düşün! Siz Şah İsmayılı sevdiyiniz kimi, Türkiyədə də Sultan Səlimi sevirlər. Münasibətlərinizi şəxsi müstəviyə salmayın! Bunlara Türkün fatehləri kimi baxın! Bizim yolumuz Böyük Azərbaycan və Turan birliyidir. Kimlərsə buna inanmır. Amma mən inanıram. Ola bilsin ki, görmədim. Amma tarixi reallıqlara inanıram. Bir zamanlar Səlcuqilər bu birliyi yaratmışdı. Artıq ona doğru irəliləyirik. Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu kəlməni Türkiyədə dövlət səviyyəsində işlədirsə, demək tarix öz işini görür. Ona görə də bu cür mübahisələrə yön verməyin. Qoy düşmən nə istəyir yazsın. Əhəmiyyət verməyəcəksiniz, keçib gedəcəkdir.
Türkiyənin Əskişəhərində bir Türk Konseyi qurulub. Mən də İdarə Heyətinin üzvüyəm. Bütün Türk dövlətlərinin və Türk xalqlarının nümayəndələri təmsil olunur. Böyük iş gedir. Heç olmasa, onun işinə mane olmayın! Mən bu sözləri Türk tarixini sevən və Turan sevdalılarına ünvanlayıram!”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az