Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
"Qara qızıl" oktyabrın ilk gününə bahalaşma ilə başlayıb.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,86 dollar artaraq 48,78 dollar olub.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə ötən günlə müqayisədə təxminən 2 faiz bahalaşaraq 45,71 dollara çatıb.
Lakin bunların tam əksinə olaraq dünya bazarında Azərbaycan neftinin qiyməti aşağı düşüb. Belə ki, London birjasında "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 49,92 dollar təşkil edib.


Neftin 30 sentyabr və 1 oktyabrda müqayisəli qiyməti

Enerji məsələləri üzrə ekspertlər neftin qiymətinin hasilata təsir edəcəyini bildiriblər. Onların fikrincə, gələn il neft hasilatında artımı xüsusilə İran, İraqSəudiyyə Ərəbistanı təmin edəcək.
Amerikanın "Morgan Stanley" bankının mütəxəssisləri bu il OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələrində neft hasilatının sutkada 1 milyon barrelə (b/s), bu quruma daxil olmayan ölkələrdə isə sutkada 1,1 barrelə (b/s) çatacağını ehtimal edirlər.
Lakin 2016-cı ildə neft ixrac edən ölkələrdə hasilat 1,1 milyon b/s-ə qədər artacaq. OPEC-ə daxil olmayan ölkələrdə isə, əksinə, hasilat 0,4 milyon b/s azalacaq. Mütəxəssislərin fikrincə, ən böyük azalma ABŞ-ın payına düşəcək.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az