Nazir yeni rəis təyin etdi

Nazir yeni rəis təyin etdi
Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Salyan Telekommunikasiya Qovşağına yeni rəis təyin olunub.

Miq.az virtualaz.org-a istinadən bildirir ki, həmin vəzifəyə Nicat Əsgərov təyin olunub. Nicat Əsgərov bundan əvvəl Respublika Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib.

Xatırladaq ki, Salyan Telekommunikasiya Qovşağının əvvəlki rəisi Faiq Nəcəfov bu il aprel ayının 15-də nazir Ramin Quluzadənin müvafiq əmri ilə işdən azad olunmuşdu. Qısa müddət əvvəl isə Salyan Telekommunikasiya Qovşağında audit yoxlaması aparılmışdı.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az