Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12°, gündüz  15-17° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65% olacaq. 
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.
Havanın temperaturu gecə  8-13°, gündüz  14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az