Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.

Miq.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Qoşqar Kazımov Biləsuvar RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub.

O, bu təyinatdan əvvəl Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən ay Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Biləsuvar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək Cəbrayıl RPŞ-nin rəisi təyin edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az