Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Xaçmaz Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

Miq.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Teymur Mehvalıyev vəzifəsindən azad edilərək, Xaçmaz Rayon Mühafizə Bölməsinə rəis təyin olunub.

Nazirin digər əmri ilə onun yerinə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə Vüqar Orucov təyinat alıb. 

Xatırladaq ki, bu təyinata qədər V.Orucov Xaçmaz RPŞ-nin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az