Vətəninfo.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı başa çatıb. Teleqraf.com-un məlumatına görə, çempionatın son günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə erməni rəqibini 23 saniyə ərzində tam üstünlüklə məğlub edib və qələbəsini yenə özünəməxsus qeyd edib. Yarış haqqında təəssüratlarını bölüşən Rəsul Çunayev bir əsgər kimi, erməni rəqibini məğlub etməli olduğunu bildirib:
"Bu bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya Kuboku yarışlarında qarşılaşmışdıq və mən 9:0 qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim. Bura çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də Dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa çempionatında finalda, burda isə, yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il Dünya çempionu olum".
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ