3 uşaq anası güllələnərək öldürüldü – İsmayıllıda dəhşətli qətl

3 uşaq anası güllələnərək öldürüldü – İsmayıllıda dəhşətli qətl
İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.

Miq.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.
Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az