3500-dən çox rusiyalı hərbçi ölüb - Ukrayna açıqladı

3500-dən çox rusiyalı hərbçi ölüb - Ukrayna açıqladı

Səhərə olan vəziyyətə görə, 3 500-dən çox rusiyalı hərbçi ölüb və demək olar, 200 nəfər əsir düşüb.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak açıqlayıb.

***

Ukrayna müdafiə naziri müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərini açıqlayıb.

Bu barədə Anna Malyar feysbukda yazıb.

O bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, "Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az