4 kəndə Azərbaycan Ordusu nəzarət edir - Qazaryan

4 kəndə Azərbaycan Ordusu nəzarət edir - Qazaryan
Geqarkunik vilayətinin (Göyçə mahalı – red.) Azərbaycanla sərhədi 70 kilometrdən 200 kilometrə qədər artıb.

Miq.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Qazaryan deyib.

Deputat sərhəddə yerləşən bəzi icmaların İrəvanın diqqətindən kənarda qaldığını bildirib:

"Hökumət sərhəddə yerləşən icmaların siyahısını hazırlayıb. Maraqlıdır ki, əsas zonalar bu siyahıya əlavə edilməyib. Oradakı icmalar bu səbəblə dövlət dəstəyi ala bilmirlər. Pəmbək, Daranak, Arequni, Geqamasar, Tretuk, Avazan, Arpunk, Kakhak, Kutakan və Axpradzor kəndləri bura daxildir. 2022-ci ildə yaşanan toqquşmadan sonra bu icmalardan dördünə Azərbaycan hərbçiləri nəzarət edir. Lakin hökumət digər icmalara dəstək verməyə tələsmir. Əsasən Vardenis və Geqarkunikin əraziləri buraya daxildir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az