5 rayonda meşələrə 24 saat işləyən kameralar quraşdırıldı

5 rayonda meşələrə 24 saat işləyən kameralar quraşdırıldı
"Artıq Azərbaycanın 5 rayonunda yerləşən meşələrdə kameralar quraşdırılıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən "Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, kameralar daha çox kənar müdaxilə olan yerlərdə quraşdırılıb: "Bu il Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonlarında yerləşən meşələrdə kameralar quraşdırılıb. Bu iş gələn il davam etdiriləcək".
Nazir müavini qeyd edib ki, növbəti ildə kameraların sayı artdıqca operator mərkəzinin yaradılması nəzərdə tutulub: "Kameralar 24 saat işləyir və günəş batareyarı ilə təmin edilib".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az