50 ölü-Suriyada məktəb və xəstəxanalar atəşə tutuldu

50 ölü-Suriyada məktəb və xəstəxanalar atəşə tutuldu
Suriyada iki məktəb və beş xəstəxanaya endirilən hava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub.

 Bunu BMT baş katibinin nümayəndəsi Fərhan Haq bəyan edib.
 
Ölənlər arasında uşaqların da olduğu qeyd olunur. "Pan Qi Mun Suriyada tibb müəssisələri və məktəblərin atəşə tutulmasını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib”, deyə F.Haq bildirib.
 
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, öz növbəsində, hücumların Bəşər Əsəd rejimi və onun tərəfdaşları tərəfindən həyata keçirildiyini bildirib,  bu hərəkətlərin Münhen razılaşmalarına zidd olduğunu vurğulayıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az