600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb
600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb.
Miq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsaslarla bir yer - Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: "Əgər bundan əlavə digər ixtisas seçimləri etsəydi, qəbul ola bilərdi. Digər şəxs isə III ixtisas qrupu üzrə sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz əsaslarla seçdiyindən qəbul ola bilməyib".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az