Ağalarov danışdı: Terrorçular zala belə girib

Ağalarov danışdı: Terrorçular zala belə girib
Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb.

Axar.az xəbər verir ki, bunu "Krokus Siti Holl”un sahibi, iş adamı Araz Ağalarov konsert zalında baş verən terror aktı ilə bağlı deyib.

O qeyd edib ki, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.
 
****
 

"Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına münasibət bildirib.

Musavat.com xəbər verir ki, o, baş verənləri insani dəyərlər baxımından izaholunmaz adlandırıb.

"Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb”,-deyə Araz Ağalarov bildirib.

Onun sözlərinə görə, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar: "Əllərində avtomat tüfəng var idi. Gördükləri hər şeyə atəş açmağa başladılar. Bütün insanlar, mühafizəçilər. Bir mühafizəçi öldü, biri yaralandı. Onlar heç mühafizəçi də deyillər. Biz onlara "nəzarətçi" deyirik".




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az