AB-nin Xankəndi ilə bağlı üzqarası “narahatlığı”
Avropa İttifaqı Xankəndidə qaz təchizatının yenidən kəsilməsindən narahatlığını dilə gətirib. Bəyanatda Xankəndi ilə yanaşı, şəhərin adı "Stepanakert” olaraq da qeyd olunur.
Gözlənildiyi kimi, ermənilər təbii şəraitdə baş verən qəzanı beynəlxalq ictimaiyyətə "humanitar fəlakət” kimi sırımağa başlayıblar. Bu, həm erməni əhalinin yaranmış vəziyyətə görə narazılığını Azərbaycanın üzərinə yönəltməyə, həm də bölgədə birgəyaşayışın mümkün olmadığını təbliğ etməyə hesablanıb.
Aİ-nin bu məsələyə göstərdiyi münasibət, Xankəndini həm də "Stepanakert” adlandırması "humanitar böhran” üzərindən separatizmə dəstək verməsidir. Halbuki, bu gün işğal hücumu ilə üzləşən Ukraynada da, Gürcüstanda da, Moldovada da bütün Qərb separatizmə qarşı çıxır, məsələ Azərbaycan olanda "hər şey olar” prinsipi işə düşür.