Milli sahibkara qarşı hücum başladı
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevə növbəti ağır zərbə vurulub.Məlumata görə milli sahibkarlığın əsasını qoyanlardan olan Abdulla Abdullayev uzun müddət idi ki, məqsədli şəkikldə iflas edilirdi. Bu gün isə növbəti zərbə vurulub.
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə "Birlikbank" ASC müflis elan edilib və iflas prosesinə başlanılıb.
Bankın ləğvedicisi "PR VAM Beynəlxalq Audit Konsaltinq" MMC təyin edilib.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan "Birlikbank"ASC-nin lisenziyası ləğv edilib. "Birlikbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv olunub.
Bankın fəaliyyəti prudensial qaydalara və etibarlılıq qaydalarına zidd həyata keçirilib ki, bu da onun maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. AMB-nin qanunvericiliyin tələblərinin və müxtəlif normativ aktların pozulması barədə xəbərdarlıq etməsinə baxmayaraq, "Birlikbank" institusional inkişaf və maliyyə vəziyyətinin yaxşılaşdırılmasının təmin olunması barədə tələblərin yerinə yetirilməməsi səbəbindən öz ödəniş qabiliyyətliliyini itirib.
Məlumata görə məsələ bununla tamamlanmayacaq. Bundan sonra isə “AMAY” Ticarət Mərkəzinin binasınında hərraca çıxarılacağı gözlənilir.
“Pat.az”
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.