Abramoviç 1,5 milyardlıq yaxtasını Türkiyəyə qaçırıb – FOTO
Rusiyalı iş adamı Roman Abramoviçin "Eclipse” superyaxtası Türkiyənin cənub-qərb sahillərinə çatıb.
Azpost.info xəbər verir ki, bu barədə "Reuters” "Marine Traffic” portalının məlumatlarına istinadən məlumat yayıb. Məlumata görə, yaxta hazırda Marmaris limanındadır. Uzunluğu 160 metrdən çox olan "Eclipse” 2010-cu ildə Almaniyanın "Blohm+Voss” gəmiqayırma zavodu tərəfindən inşa edilib. 2013-cü ilə qədər o, dünyanın ən böyük superyaxtası hesab olunurdu. "Eclipse”in Abramoviçə məxsus olması faktını "Daily Telegraph”, "Forbes” və "SuperYachtFan” yazıb. 700 milyon dollara alınan yaxtanın hazırkı dəyəri 1,5 milyard dollardır.