ABŞ 900 milyard itirdi

ABŞ 900 milyard itirdi
Böyük Britaniyanın Avropa Birliyindən çıxması barədə qərar ABŞ birjalarına bir gündə 900 milyard dollara yaxın zərər vurub.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın "Yüksək Frekans” şirkətinin iqtisadçısı Cim Sullivan "Anadolu Agentliyi”nə deyib.
 
O, beynəlxalq birjaların Britaniyanın qərarını sindirməyə çalışdığını bildirib:
 
"Baş verən dalğalanma ABŞ iqtisadiyyatına mənfi təsir edə bilər. ABŞ birjalarının dəyəri 23 trilyon dollardır. Mənfi 1 itki 230 milyard dollar zərərə səbəb olur. Britaniyanın qərarının açıqlandığı gün Nyu York birjasının itkisi 3,5-4 faiz həddindəydi. Bu isə bir gündə 900 milyard dollar itkinin yaşandığını göstərir”.
 
Qeyd edək ki, Britaniya iyunun 23-də Avropa Birliyindən çıxmaq barədə qərar verib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az