ABŞ Dövlət Departamenti: PKK hücumları dayandırmalıdır

ABŞ Dövlət Departamenti: PKK hücumları dayandırmalıdır
Vətəninfo.az-ın APA-ya istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamenti sözçüsünün köməkçisi Mark Toner Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib. O, bəzi millət vəkillərinin toxunulmazlığının qaldırılması üçün Türkiyə Böyük Millət Məclisinə edilən müraciətlə bağlı suala cavab olaraq, deyib ki, Türkiyə bunu özü müəyyənləşdirir.
M. Toner PKK terror təşkilatına qarşı İraqın şimalında aparılan əməliyyatlara münasibət bildirərkən, Türkiyənin PKK-nın hücumlarına qarşı özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb: "PKK-nın dərhal şiddəti dayandırması və sülh yolu ilə çözüm prosesinə qayıtması lazımdır. Bildirilməlidir ki, PKK Türkiyədə polis və hərbçilərə silahlı hücum edir. Türkiyə özünü müdafiə etmək hüququna malikdir. PKK hücumları dayandırmalıdır. Türkiyə isə  hücumlara qarşı daha adekvat cavab verə bilər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az