"ABŞ heç zaman Əsədi hərbi yolla devirmək istəməyib"
ABŞ Suriya Prezidenti Bəşər Əsədin hərbi yolla devrilməsini heç vaxt istəməyib.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Coş Ernest jurnalistlərə açıqlamasında deyib.
"Biz Suriyadakı durumun fərqindəyik. Rəsmi Vaşinqton Suriyadakı böhranla İŞİD-i bir-birindən ayırır. Suriyadakı böhrana siyasi həll yolları axtarırıq. Bizim orada quru əməliyyatları keçirmək barədə fikrimiz yoxdur. ABŞ heç zaman Əsədi hərbi yolla devirmək istəməyib”, - Ernest vurğulayıb.
Miq.az