"ABŞ-ı məhv edəcəyinə söz verən" Süleymaninin qızı diqqət çəkdi - FOTO


ABŞ qüvvələri tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin ölümünün 2-ci ildönümü Tehranda təşkil edilən mərasimlə anılıb.

"Unikal" xəbər  verir ki, Süleymaninin anım mərasimində diqqət çəkan məqamlardan biri də onun qızı  olub. 

Belə ki, generalın qızı Zeynep Süleymani mərasimdən foto yayımlayıb. Fotoda  Zeynəbin iPhone 13 Pro Max istifadə etdiyi görüntülənib. Bundan sonra o,  iranlıların tənqid obyektinə  çevrilib. 

Sosial media istifadəçiləri "ABŞ-ı məhv edəcəyinə söz verən Qasım Süleymaninin qızı Zeynep Süleymaninin Amerika istehsalı olan iPhone ilə ona meydan oxuması böyük ironiyadır” , - deyə  ifadələr  işlədib. 

Bildirək ki, Zeynəb Süleymani atası öldürüldükdən sonra "ABŞ-ı məhv edəcəyinə söz verib". 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az