ABŞ-ın Azərbaycandakı səfiri Sankt-Peterburq görüşündən nə danışdı?

ABŞ-ın Azərbaycandakı səfiri Sankt-Peterburq görüşündən nə danışdı?

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayırıq.

Miq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, əldə olunmuş müsbət irəliləyiş ABŞ-ın və Minsk qrupunun digər həmsədrlərinin köməkliyi ilə Vyanada keçirilmiş görüşün davamı kimi xarakterizə olunur:

"Minsk qrupunun həmsədri olan ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada da başlıca məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az