ABŞ-ın müdafiə nazirinin keçmiş müavini Eşton Karter Çak Heygeli əvəz edə bilər.
Vətəninfo.az Publikaya istinadən xəbər verir ki, Eşton Karterin adı müdafiə naziri vəzifəsini tutacaq namizədlər siyahısında göstərilib.
Ağ Evin sözçüsü Coş Ernst bunun hələ elan edilmədiyini bildirsə də, Karterin bu yüksək vəzifəni tutmaq üçün ən real namizədlərdən biri olduğunu deyib.
Coş Ernst Karterin bundan öncə müdafiə nazirinin müavini vəzifəsinə Senatda da tərəddüdsüz təsdiq edildiyini xatırladıb.
İxtisasca fizik olan 60 yaşlı Eşton Karter ABŞ-ın milli təhlükəsizlik sahəsində yaxşı tanınan siyasi fiqurdur. O, Pentaqonda işlədiyi müddətdə silah satşışı ilə bağlı məsələlərə görə məsuliyyət daşıyıb. Lakin iki il bundan əvvəl cənab Obama Senat üzrə həmkarı Çak Heygeli müdafiə naziri elan edərkən onun adı çəkilməyib.
Eşton Karter Çak Heygel və ondan əvvəl Leon Panettanın müavini olub. Heygelin müavini kimi o, 600 milyonluq büdcə və 2,4 milyon mülki və hərbi personala görə məsuliyyət daşıyıb.
Eşton Karter silahlı qüvvələrdə heç vaxt xidmət etməsə də, təhlilçilər onun müasir silahlara dair dərin biliyə malik olduğunu bildirir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib