ABŞ İslam Kərimovovun qızına görə Rusiyanın 1 milyard dollarına həbs qoyulmasını istədi

ABŞ İslam Kərimovovun qızına görə Rusiyanın 1 milyard dollarına həbs qoyulmasını istədi
ABŞ Avropa ölkələrindən Rusiyanın "Vımpelkom” və MTS şirkətlərinin 1 milyard dollar dəyərində aktivlərinə həbs qoyulmasını istəyib. 

Vətəninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, müraciət edilən ölkələr arasında İrlandiya, Belçika, Lüksemburq, İsveç və İsveçrə var. 
ABŞ istintaq orqanlarına görə bu iki Rusiya şirkəti "TeliaSonera” şirkəti ilə birgə Özbəkistanda fəaliyyət göstərmək üçün ölkə məmurlarına külli miqdarda rüşvət verib.  
Rəsmi şəkildə heç bir hüquqi şəxsə cinayət işi açılmasa da, həbs qərarının Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə bağlı olduğu ehtimal edilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az