ABŞ Rusiya ilə müharibəyə hazır deyil - Koffler

ABŞ Rusiya ilə müharibəyə hazır deyil - Koffler

ABŞ hökuməti Rusiya ilə mümkün müharibəyə hazır deyil.

Miq.Az xəbər verir ki, bunu ABŞ-ın kəşfiyyatının keçmiş zabiti Rebekka Koffler ölkə mətbuatın açıqlamasında deyib.

Koffler Rusiya Prezidenti Vladimir Putinin "Qərb ölkələri Üçüncü Dünya müharibəsi başladacağı təqdirdə itirəcəklərini bilirlər" ifadəsinə toxunaraq bildirib ki, Rusiya liderinin bu formada danışması Moskvanın müəyyənləşdirdiyi müharibə şərtlərindən və savaşı qazana biləcəyinə olan inamından qaynaqlanır:

"ABŞ-ın Əfqanıstan və İraqdakı zəif təchiz olunmuş düşmənlərinə qarşı yüksək texnologiya istifadə etdiyini görən Rusiya döyüş meydanı olaraq kiberməkanı seçir”.

ABŞ-ın informasiya şəbəkələri və peyklərinin zəifliyini vurğulayan keçmiş kəşfiyyat zabiti Rusiyanın ABŞ-ın orbital müdafiə sistemini sıradan çıxara biləcəyini də istisna etməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az