ABŞ-ın Liviyadakı konsulluğuna 2012-ci ildə edilən hücumun təşkilatçısı hesab olunan terrorçu Türkiyədə saxlanılıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, saxta pasportla Türkiyəyə daxil olan Abd al-Baset Azzuz 13 noyabrda Yalova vilayətində tutulub.
O, Noyabrın 24-də İordaniyaya, daha sonra isə ABŞ-a göndərilib.
Məlumata görə, Azzuz Liviyada "Əl-Qaidə" terror qruplaşmasının təlim düşərgəsinə rəhbərlik edirdi. 1994-cü ildən Böyük Britaniyada yaşayan terrorçu 2006-cı ildə terrorizmdə şübhəli bilinərək həbs edilsə də Liviyaya qaça bilib. O, ABŞ-da on ən təhlükəli beynəlxalq terrorçu siyahısına daxil edilmişdi.
Xatırladaq ki, ABŞ-ın Benqazidəki konsulluğuna hücum nəticəsində dörd amerikalı, o cümlədən ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens öldürülmüşdü.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib